Şahbuzda yol qəzası baş verib, ölən var.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib.
"VAZ 21013" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 76 yaşlı Ə. Cəlilova həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.