Bu gün Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.
Belə ki, zəlzələnin episentri adadan təxminən 700 km qərbdə baş tutub. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşayıb işlədiyi, həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adası subarktik tədqiqat stansiyası yerləşir.
Yeraltı təkanın ocağı 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.