Türkiyənin axtardığı cinayətkar Bakıda TUTULDU
15 avqust 2026 19:02 (UTC +04:00)

Türkiyənin axtardığı cinayətkar Bakıda TUTULDU

0

Türkiyənin axtarışa verdiyi cinayətkar dəstə üzvü Bakıda saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan Ö.A.K. obyektlərin atəşə tutulması və iş adamlarından hədə-qorxu ilə pul tələb etməklə quldurluğa cəhd hadisələrində iştirak edən və hazırda həbsxanada olan cinayətkar qruplaşma üzvləri ilə əlaqəli olub.

Onun barəsində “qəsdən adam öldürmə”, “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə etmə”, həmçinin iki ayrı “lisenziyasız odlu silah və sursat alma və ya daşıma” cinayətləri üzrə axtarış qərarı olub.

Şübhəli Bakıda saxlanılıb. O, Azərbaycandakı prosedurlar tamamlandıqdan sonra Türkiyəyə aparılıb.

Nazirlik əməliyyatda iştirak edən polis əməkdaşlarını təbrik edib, Azərbaycan Polisinə isə əməkdaşlığa görə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar