Azərbaycan vətəndaşı Almaniyada maşını insanların üstünə sürdü
23 dekabr 2025 03:56 (UTC +04:00)

Azərbaycan vətəndaşı Almaniyada maşını insanların üstünə sürdü

0

Almaniyanın Giessen şəhərində avtomobil avtobus dayanacağına çırpılıb.

Lent.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Audi” markalı avtomobilin sürücüsü eyni istiqamətdə hərəkət edən iki digər avtomobillə toqquşub. Toqquşmaya baxmayaraq, sürücü avtomobili sürməyə davam edib və daha sonra avtobus dayanacağına çırpılıb.

Qəzetin şəhər polisinə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb.

Sürücü tezliklə polis tərəfindən saxlanılıb və  onun Giessendə yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar