Barselonada  700 il sonra   İspan kraliçasının meyiti tapıldı
02 iyun 2026 15:21 (UTC +04:00)

Barselonada 700 il sonra İspan kraliçasının meyiti tapıldı

0

Barselonada qazıntılar zamanı İspan kraliçasının qalıqları tapılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, XIV əsrdə əsası qoyulmuş Santa Maria de Pedralbes Monastery monastırının ərazisində aparılan qazıntılar aparılıb. 

Tapılan skeletlər arasında Elisenda de Monkadanın qalıqları da olub. Araqon və Valensiya kraliçası, bu monastırın banisi və Cames II Araqonın həyat yoldaşı olub. Onun sümükləri kiçik taxta qutuda, kilsə ilə monastır arasında yerləşən geniş otağın küncündə tapılıb. Bu məkan alçaq divarla iki hissəyə bölünmüşdü ki, kraliça həm kilsə qarşısında hökmdar, həm də monastır qarşısında tövbə edən günahkar kimi təqdim olunsun.

Qalıqların ilkin təhlili göstərib ki, qadın öldüyü zaman təxminən 70 yaşında olub və sümüklərində osteoartrit əlamətləri aşkarlanıb. Kraliça rahibə geyimində dəfn edilsə də, məzarda qızılı tikmələrlə bəzədilmiş ipək parçalarının qalıqları tapılıb. Bundan əlavə, arxeoloqlar rozmarin ətirli otlar aşkar ediblər.

Elisendanın yaxın çevrəsinə aid məzarlarda isə hamilə qadının və deşici yaralar almış kişilərin qalıqları tapılıb. Monastırın ilk baş rahibəsi Sobirana Olzetin məzarında ehtimal olunan skelet üz nahiyəsində deşici yara izi ilə aşkarlanıb. Məqbərələrdən çıxarılan sənədlər və perqamentlər hazırda mütəxəssislər tərəfindən araşdırılır.

Arxeoloji işlər kral monastırının yaradılmasının 700 illiyi münasibətilə həyata keçirilib. Tədqiqat zamanı ikinci abbatisa, kraliçanın qardaşı qızı olan Francesca Saportellanın sərdabəsi də açılıb. Gözlənilən bir rahibə əvəzinə burada müxtəlif dövrlərdə dəfn edilmiş ən azı doqquz nəfərin qalıqları aşkar olunub.

Onların arasında deşici yara izləri olan dörd kişi kəlləsi, həmçinin hamiləliyin 20-23-cü həftəsində vəfat etmiş qadının qismən mumiyalaşmış cəsədi tapılıb. Məlumata görə, döl doğuş yollarında qaldığı üçün bu günədək qorunub saxlanılıb. Sərdabədə həmçinin orta əsr sənədləri və not yazılarının fraqmentləri aşkarlanıb; onlar hazırda bərpa olunur. Tədqiqatçılar genetik analizlərin tam nəticələrini 2027-ci ilin ortalarında təqdim etməyi planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar