Böyük Britaniyanın baş naziri Rişi Sunakın həyat yoldaşı Akşata Murti Londonun "Hayd Park"ında itini gəzdirdiyinə görə polis məmuru tərəfindən tənbeh edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ev heyvanı ipdən çıxaraq qaçıb.
Polis məmuru "Hayd Park"da itini gəzdirən xanımla danışıb və qaydaları ona xatırladıb. Bundan sonra iti bağlayıblar. Polisin əlavə müdaxiləsi olmadığı bildirilir.