Bayden onlara  MÜHARİBƏ   elan etdi:  "Biz gəlirik"
02 mart 2022 09:41 (UTC +04:00)

Bayden onlara MÜHARİBƏ elan etdi: "Biz gəlirik"

ABŞ Rusiya prezidenti Putinlə yanaşı, rusiyalı oliqarxlara da sanksiyalar tətbiq etdiyini bildirib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden, Senat və Nümayəndələr Palatasında Ukraynadakı vəziyyətlə bağlı çıxışında deyib. 

“Biz Rusiyanın texnologiyaya çıxışını kəsirik, bu da onların iqtisadiyyatını zəiflədəcək. Rusiyalı oliqarxlara və hakimiyyətdən milyonlarla dollar oğurlayan korrupsioner liderlərə səslənirəm ki, bəsdirin. Sizlərin cinayətlərinizi xüsusi işçi qrupu araşdıracaq. Bu qrup avropalı müttəfiqlərimizlə birlikdə sizin yaxtalarınızı, dəbdəbəli yaşayış yerlərinizi, şəxsi təyyarələrinizi əlinizdən alacaq. Biz sizin qanunsuz yolla əldə etdiyiniz sərvətlər üçün gəlirik”, - Bayden bildirib. 
 

# 9345
avatar

Sevinc Fərid

Oxşar yazılar