Bayden xərçəngdən  əməliyyat olundu
05 sentyabr 2025 05:02 (UTC +04:00)

Bayden xərçəngdən əməliyyat olundu

0

ABŞ-ın keçmiş prezidenti Co Bayden dəri xərçəngi hüceyrələrinin çıxarılması üçün yenidən əməliyyat keçirib.

Lent.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, sabiq prezidentə ən çox rast gəlinən dəri xərçəngi formalarının müalicəsində tətbiq olunan Mos əməliyyatı icra olunub.

Baydenin sözçüsü bildirib ki, o, prosedurdan sonra yaxşı bərpa olunur.

Əməliyyatın dəqiq vaxtı açıqlanmayıb, lakin ötən ay Baydenin başında böyük tikiş izləri olan fotolar dərc edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar