Bu ölkə də çip savaşına qoşulur
05 fevral 2023 15:04 (UTC +04:00)

Bu ölkə də çip savaşına qoşulur

Yaponiya yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılması sahəsində ABŞ-ın Pekinə tətbiq etdiyi məhdudiyyətlərə qoşulmaq niyyətindədir.

Lent.az-ın xəbərinə görə, bu barədə bu gün “Kyodo” agentliyi məlumat yayıb.

Sənəddə Pekinin mümkün cavab addımlarından yayınmaq üçün birbaşa Çinin adı çəkilmir. Layihənin yaxın günlərdə təqdim ediləcəyi və yapon şirkətləri ilə məsləhətləşmələrin aparılacağı bildirilib.

Yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılmasının yazda qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Vaşinqton 2022-ci ilin oktyabrında Çinin çip istehsalına mane olmaq üçün yarımkeçiricilərin ixracını məhdudlaşdırıb. Lakin ABŞ yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar sahəsində dünyada şirkətləri aparıcı mövqe tutan Yaponiya və Niderlandın Çinə ixracının davam edəcəyi təqdirdə məhdudiyyətlərin effektiv olmayacağından ehtiyat edir. Buna görə də ABŞ Yaponiya və Niderlandın bu ixrac məhdudiyyətlərinə qoşulmasını istəyib.

 

# 2169
avatar

Oxşar yazılar

Bu ölkədə bir gündə  200 zəlzələ oldu

Bu ölkədə bir gündə 200 zəlzələ oldu

23 aprel 2024 , 07:10
DƏHŞƏT:  Bir ərazidən 5 meyit tapıldı

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

23 aprel 2024 , 05:55
Britaniyadan Ukraynaya yarım milyardlıq yardım

Britaniyadan Ukraynaya yarım milyardlıq yardım

23 aprel 2024 , 04:50
Qarabağdan çıxan sülhməramlıllar Ermənistana gedib

Qarabağdan çıxan sülhməramlıllar Ermənistana gedib

22 aprel 2024 , 22:13
Bayden Zelenskiyə nə SÖZ VERDİ?

Bayden Zelenskiyə nə SÖZ VERDİ?

22 aprel 2024 , 21:37
Dünyanın əllə qazılan  ən dərin quyusu:   390 metrdən çoxdur

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

22 aprel 2024 , 15:52
Yük maşını dirəyə çırpıldı, ölənlər var

Yük maşını dirəyə çırpıldı, ölənlər var

22 aprel 2024 , 06:25
Zəncirvari qəzada 10 nəfər yaralandı

Zəncirvari qəzada 10 nəfər yaralandı

22 aprel 2024 , 04:08