Bu ölkədə bir gündə  200 zəlzələ oldu
23 aprel 2024 07:10 (UTC +04:00)

Bu ölkədə bir gündə 200 zəlzələ oldu

Tayvan ərazisində son 24 saat ərzində ən azı 218 zəlzələ və afterşok qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Departamentinin məlumatında bildirilib.

5,5 bal gücündə ilk yeraltı təkanlar bazar ertəsi axşam - yerli vaxtla saat 17:08-də (Bakı vaxtı ilə 13:08) qeydə alınıb.

Həmin vaxtdan bəri Tayvan ərazisində saatda bir neçə zəlzələ qeydə alınıb - onlardan ən güclülərinin maqnitudası 6,0 və 6,3-ə çatıb.

Səlahiyyətlilər hələ də böyük dağıntılar barədə məlumat verməyiblər.

Xatırladaq ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Hualien qraflığında 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub. Son məlumatlara görə, 16 nəfər həlak olub, daha 1155 nəfər yaralanıb.

***

Saat 01:11

Tayvanda 6 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ 350 min insanın yaşadığı Hualien şəhərindən 3 kilometr cənub-şərqdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

# 2277
avatar

Oxşar yazılar