Sudanın qərbində torpaq sürüşməsi min nəfərin ölümünə səbəb olub. Kənddə yalnız bir nəfər sağ qalıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 31-də, bir neçə gün davam edən güclü yağışlardan sonra baş verib. Marra dağları bölgəsindəki bütün kənd təbii fəlakət nəticəsində dağılıb.
Sudan Azadlıq Ordusu bu regiona nəzarət edir. Onlar BMT-ni və beynəlxalq humanitar təşkilatları həlak olanların cəsədlərinin axtarışında köməyə çağırıblar.