Bütün ölkələrdə  qadın deputatlar   var - RƏSMİ
06 mart 2023 17:29 (UTC +04:00)

Bütün ölkələrdə qadın deputatlar var - RƏSMİ

0

Tarixdə ilk dəfə olaraq dünyanın bütün ölkələrində qadınlar deputat seçiliblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqı (Pİ) məlumat yayıb.

İttifaqın son illik hesabatında qeyd edilib ki, bir çox ölkələrdə qadınların ictimai və siyasi həyatda iştirakı heç vaxt indiki qədər müxtəlif olmayıb.

Parlamentlərarası İttifaqın nəticələri ötən il seçkilər keçirmiş 47 ölkənin məlumatlarına əsaslanır. Bu seçkilərdə qadınlar əvvəlki seçkilərlə müqayisədə orta hesabla 25,8 faiz parlament mandatları qazanıblar.

Ümumilikdə müsbət məlumatlara baxmayaraq, qeyd edilib ki, bu, son altı ildə qadınların iştirakında ən kiçik artımdır. Digər pis xəbər odur ki, bu sürətlə dünya parlamentlərində gender bərabərliyinə nail olmaq üçün daha 80 il lazım olacaq.

“Hazırda gender paritetinə nail olmaq üçün əsas maneələrdən biri cinsiyyətçilik, təqib və qadınlara qarşı zorakılıq mühiti olaraq qalır. Bu neqativ hal bütün dünyada geniş yayılıb. Bütün bunlar bilavasitə qadınların siyasi həyatda iştirakına təsir edir”, - İttifaqın baş katibi Martin Çunqonq bildirib.

BMT həmçinin qeyd edib ki, parlamentin aşağı palatalarında qadınların sayına görə lider ölkələr İsveç (40,4%), Norveç (36,4%), Finlandiya (33,5%), Danimarka (33%), Hollandiya (31%) olub. Yeni Zelandiya, Argentina, Seyşel adaları, Avstriya və Almaniya bu sıraya daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2256

Oxşar yazılar