Canlı yayımda zəlzələ anı  - Müxbir azyaşlının həyatını xilas etdi
06 fevral 2023 16:33 (UTC +04:00)

Canlı yayımda zəlzələ anı - Müxbir azyaşlının həyatını xilas etdi

Kahramanmaraşın Pazarcık qəsəbəsində zəlzələnin fəsadları barədə danışan jurnalist həyat qurtarıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, “A Haber” kanalı canlı yayımdaykən yeraltı təkanlar baş verib və həmin an iş başında olan müxbir ağlayaraq kömək istəyən ana və iki azyaşlı uşağına kömək eləmək üçün işini dayandırıb.

O, toz-torpaq altında qalmış azyaşlı qızı qucağına alaraq təhlükəsiz yerə aparıb. Daha sonra anasına və qardaşına da kömək edib.

# 2433
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar