Daha 2 gəmi Ukraynanı   tərk edəcək
09 avqust 2022 01:49 (UTC +04:00)

Daha 2 gəmi Ukraynanı tərk edəcək

İstanbuldakı koordinasiya mərkəzi Ukraynanın Çernomorsk limanından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

Lent.az-ın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2 gəmi humanitar dəhlizlə 70 000 ton ərzaq daşıyacaq. Gəmilərin biri Cənubi Koreyaya 64 000 ton qarğıdalı aparacaq. Digər gəmi isə 5 300 ton günəbaxan yağı ilə İstanbula yola düşəcək. 


 

# 1362
avatar

Oxşar yazılar