Sentyabrın 12-də saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb. Onun sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.