Daşqında həlak olanların sayı artdı
28 iyun 2022 08:51 (UTC +04:00)

Daşqında həlak olanların sayı artdı

Hindistanın Assam ştatında daşqında həlak olanların sayı 135 nəfərə çatıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Hindustan Times” qəzeti məlumat verib. 

Ştatda daşqınlar zəifləsə də, bəzi çaylarda sululuq yüksək olaraq qalır. Daşqın zonasında 2 milyon nəfərdən çox insan qalıb. Naqaon bölgəsində vəziyyət xüsusilə ağırdır. Burada dambanın aşması nəticəsində Silçar şəhəri su altında qalıb. 

Assam ştatı rəhbərliyi bildirib ki, təbii fəlakətdən 2 254 yaşayış məntəqəsi zərər görüb. Təhlükəli ərazilərdən 200 mindən çox sakin təxliyə edilib. 218 yol və 20 körpü sıradan çıxıb.
 

# 1263
avatar

Oxşar yazılar