Deputat  pul verib saxta nikaha  girdi
07 noyabr 2025 20:49 (UTC +04:00)

Deputat pul verib saxta nikaha girdi

0

Ukraynada deputat əlilliyi olan qızı “satın alaraq” saxta nikah bağlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Vinnitsa vilayətində şəhər şuralarından birinin deputatı səfərbərlikdən yayınmaq üçün saxta nikah bağlamaqda ittiham olunur.

İstintaqın məlumatına görə, deputat dostu ilə birlikdə 18 yaşlı, II qrup əlil qızla saxta nikah bağlayıb. O, qızın ailəsinin maddi çətinliyindən istifadə edərək hər ay 3 min qrivna ödəməyi vəd edib.

Nikahdan sonra deputat “həyat yoldaşının” səhhəti ilə bağlı sənədləri səfərbərlikdən möhlət almaq üçün əsas kimi təqdim edib.

Noyabrın 6-da deputat və dostu saxlanılıb. Onlara insan alveri və səfərbərlikdən yayınma ittihamı irəli sürülüb. 18 yaşlı qız hazırda təhlükəsiz yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar