Ukraynadakı müharibə zamanı daha bir məşhur idmançı həyatı həlak olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Vitali Merinov Rusiya hərbçiləri ilə döyüşlərdə aldığı yaralardan dünyasını dəyişib.
Qeyd edək ki, Merinov kikboksinq üzrə dördqat dünya çempionu, universal döyüş üzrə Ukrayna çempionu, boks üzrə idman ustası idi.
Merinovun həyat yoldaşı və iki yaşlı qızı qalıb.
