Bakıda müğənni və meneceri  küçədə döyüldü - VİDEO
15 avqust 2026 18:05 (UTC +04:00)

Bakıda müğənni və meneceri küçədə döyüldü - VİDEO

0

Müğənni Pəriyar Məmmədova və meneceri İslam Kamaloğlu döyülüb.

Lent.az xəbər verir ki, hadisə Bakıda, 20 Yanvar dairəsi yaxınlığındakı "Park 20" ticarət mərkəzinin girişində qeydə alınıb.

Müğənninin sözlərinə görə, tanımadığı 2 nəfər əvvəlcə onu nalayiq sözlərlə təhqir edib. Meneceri İslam Kamaloğlu onların nalayiq ifadələrinə irad bildirəndə isə həmin şəxslər onu döyüblər.

Davaya müdaxilə etmək istəyən Pəriyar Məmmədova da həmin şəxslərin zorakılığına məruz qalıb. Nəticədə müğənni və meneceri müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkənlər hadisə ilə bağlı polisə müraciət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar