Dostunu xilas etmək istəyən məktəbli BOĞULUB ÖLDÜ
25 may 2024 04:54 (UTC +04:00)

Dostunu xilas etmək istəyən məktəbli BOĞULUB ÖLDÜ

Rusiyanın Anapa şəhərində məktəbli son zəngdən sonra dostunu xilas edərkən boğulub.

Lent.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin prokurorluğu məlumat yayıb. 

“İlkin məlumata görə, Anapa çimərliklərindən birinin estakadasının yaxınlığında böyüklərin müşayiəti olmadan bir qrup yeniyetmənin çimdiyi müəyyən edilib. Yeniyetmələrdən biri (2008-ci il təvəllüdlü) çimərkən suda boğulub”, - məlumatda deyilir. 

Prosessual yoxlama təşkil edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Oxşar yazılar