Dubay şahzadəsiyəm  deyib qadın biznesmenin milyonlarla dollarını  ələ keçirdi
10 fevral 2026 13:23 (UTC +04:00)

Dubay şahzadəsiyəm deyib qadın biznesmenin milyonlarla dollarını ələ keçirdi

0

Nigeriya sakini özünü Dubayın vəliəhd şahzadəsi kimi təqdim edərək rumıniyalı sahibkarın 2,5 milyon dollar pulunu mənimsəyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, dələduz Nzube Henri Ikedji Rumıniyadan olan Laura adlı qadınla peşəkar əlaqələr üçün nəzərdə tutulmuş LinkedIn sosial şəbəkəsi vasitəsilə tanış olub. Nigeriyalı özünü Dubayın vəliəhd şahzadəsi Həməd ibn Məhəmməd Əl Məktum kimi qələmə verərək ona humanitar layihədə iştirak etməyi təklif edib.

Bir müddət sonra onların ünsiyyəti virtual romantik münasibətə çevrilib. Ikedji Lauranı layihəyə investisiya yatırmağa razı salıb və investisiyaların rəsmiləşdirilməsi üçün onu Londonda yerləşən “maliyyə idarəçisi” ilə tanış edib. Lauraya guya üzərinə 200 min funt sterlinq köçürülmüş saxta bank hesabına giriş imkanı verilib. Qadın vəsaiti çıxarmağa cəhd etdikdə ondan komissiya haqqı tələb olunub və nəticədə o, aldadıldığını anlayana qədər dələduzlara ümumilikdə 2,5 milyon dollardan çox pul köçürüb.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Layihəsinin apardığı araşdırma göstərib ki, pulların bir hissəsi Ikedjinin Böyük Britaniyadakı şərikinin hesabından onun Nigeriyadakı şəxsi hesabına köçürülüb. Sosial şəbəkələrdə şəxsi hesablarında dəbdəbəli həyat tərzini və videoları nümayiş etdirən dələduz Lauranın aldadılmasında iştirakını inkar edib.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Layihəsi Ikedjinin törətdiyi cinayət barədə sənədli film hazırlayıb və yayımlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar