Dünyada 1 milyarddan çox  insan psixi pozuntulardan əziyyət çəkir
04 sentyabr 2025 18:24 (UTC +04:00)

Dünyada 1 milyarddan çox insan psixi pozuntulardan əziyyət çəkir

0

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, dünyada 1 milyarddan çox insan narahatlıq pozuntuları, depressiya və digər xəstəliklər də daxil olmaqla psixi pozuntularla yaşayır.

Lent.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:

2021-ci ildə 15 yaşdan yuxarı təxminən 400 milyon insan alkoqoldan sui-istifadənin fəsadlarından əziyyət çəkib, 2022-ci ildə isə 64 milyondan çox insanda narkotik istifadəsi ilə bağlı pozuntular qeydə alınıb. Həmin il dünyada təxminən 57 milyon insan demensiya, 24 milyondan çox insan isə epilepsiya ilə üzləşib. Ən geniş yayılmış psixi xəstəliklər narahatlıq (anksiyete) və depressiv pozuntular olaraq qalır. 2021-ci ildə bütün halların üçdə ikisindən çoxu məhz bu xəstəliklərin payına düşüb. Bu pozuntular əsasən 20–29 yaşlı insanlar arasında daha çox yayılıb. Hesabatda vurğulanır ki, 2011–2021-ci illər arasında psixi xəstəliklərin sayı dünya əhalisinin artım sürətini üstələyib.

ÜST həmçinin qeyd edir ki, intihar bütün ölkələrdə gənclərin “ölümün əsas səbəblərindən biri” olaraq qalır, istər sosial-iqtisadi vəziyyəti yüksək, istərsə də aşağı olan dövlətlərdə. 2021-ci ildə intihar nəticəsində 727 min insan həyatını itirib. Təşkilat xəbərdarlıq edir ki, intihar nəticəsində ölüm hallarının azaldılması üçün mövcud tədbirlər kifayət etmir: əgər indiki dinamika davam edərsə, 2030-cu ilə qədər bu göstərici cəmi 12% azalacaq. Halbuki BMT-nin məqsədi bu rəqəmi üçdə bir azaltmaqdır. Psixi pozuntuların iqtisadi nəticələri də böyükdür: ÜST-ün hesablamalarına görə, hər il 12 milyard məhsuldar iş günü itir və bu, dünya iqtisadiyyatına təxminən 1 trilyon dollara başa gəlir. Bununla belə, depressiyadan əziyyət çəkənlərin cəmi 9%-i keyfiyyətli müalicə ala bilir, psixozdan əziyyət çəkənlərin isə 71%-i tibbi yardıma çıxış imkanı əldə etmir. Daha əvvəl 15 milyon cütlük üzərində aparılan tədqiqat göstərib ki, psixi pozuntuları olan insanlar çox vaxt oxşar diaqnozları olan şəxslərlə ailə qururlar. Klinik psixoloq Darya Yauşe isə bildirib ki, terapiya zamanı hər iki tərəf üzərində işləmək vacibdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar