Dünyada  ən böyük bakteriya   aşkar edildi
25 iyun 2022 11:33 (UTC +04:00)

Dünyada ən böyük bakteriya aşkar edildi

Lourens Milli Laboratoriyasının (LBNL) üzvlərinin rəhbərlik etdiyi Fransa və ABŞ-dan olan beynəlxalq alimlər qrupu Karib dənizindəki Qvadelupa adasındakı manqrov meşələrində ölçüsü bir santimetrə çatan Yerdəki ən böyük bakteriya aşkar ediblər.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəllər məlum olmayan mikrobun Namibiyadan olan “Thiomargarita namibiensis”in yaxın qohumu olduğu ortaya çıxdığı üçün ona “Thiomargarita magnifica” adı verilib. Sahil meşələri yaxınlığında toplanan dəniz suyu nümunələrinin mikroskopiyası nəticəsində bakteriyanı müşahidə etmək mümkün olub. Nümunələrdə təkcə ağac yarpaqları və müxtəlif ləkələr deyil, həm də uzunluğu bir santimetrə yaxın olan yüngül şəffaf saplar aşkar edilib. Sonrakı təhlillər göstərib ki, bunlar canlı orqanizmlərdir və ən böyük bakteriyaları təmsil edirlər.

“Thiomargarita magnifica” dəniz torpağında və suda olan kükürd birləşmələri ilə kimyəvi reaksiyalar nəticəsində enerji əldə etməyə qadirdir.

Təsvir edilən mikroblar arasındakı əsas fərq təkcə böyük ölçüdə deyil, həm də strukturun spesifik formasındadır: onların sitoplazması bir çox bölməyə bölünür, burada genomun bir nüsxəsi var, digər hüceyrələrdən membranla ayrılır. Bundan əlavə, tədqiqatçılar bakteriyaların digər mikroorqanizmlərə nisbətən daha sürətli inkişaf edə biləcəyini aşkar ediblər.
 

# 1095
avatar

Oxşar yazılar