Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli aktrisa Meryem Üzerlinin təşəbbüsü ilə Dubaydakı "TIME100 Impact Awards" mərasimində zəlzələ qurbanları üçün ianə kampaniyası keçirilib.
Zəlzələdə həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib. Meryem Üzerlinin çağırışı ilə dünyanın ən məşhur adları gecə boyu AFAD, Kızılay, UNICEF və AHBAP dərnəklərinə ianə ediblər.