Əfqanıstanda zəlzələ: Daşkənd sakinləri küçələrə axışdı
21 mart 2023 21:43 (UTC +04:00)

Əfqanıstanda zəlzələ: Daşkənd sakinləri küçələrə axışdı

Axşam saatlarında Özbəkistanın əksər bölgələrində güclü yeraltı təkanlar hiss olunub. 

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, titrəyişlər üfüqi xarakter daşıyıb və kifayət qədər uzun çəkib. Zəlzələnin episentrində maqnitudası 6,6 bal gücündə olub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi 220 km olub.

Zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə cənub-şərq istiqamətində 561 km olub.

Özbəkistanda uzun illərdir ki, belə güclü zəlzələlər hiss olunmur. Son illərdə onların intensivliyi 4 bala qədər olub.

Yeraltı təkanların gücü Surxandərya vilayətində 6 bal, paytaxt Daşkənddə və Buxara vilayətində 5 baladək olub. Daşkənd və digər böyük şəhərlərin sakinləri küçələrə axın edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2846

Oxşar yazılar

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36