Emilia Klark serial çəkilişləri zamanı zədələndi
17 yanvar 2026 02:32 (UTC +04:00)

Emilia Klark serial çəkilişləri zamanı zədələndi

0

"Taxt-tac oyunları" serialının ulduzu Emilia Klark "Poni" serialında bir səhnənin çəkilişləri zamanı zədə aldığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Serialda aktrisa SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin yüksəkvəzifəli agentlərini tora salmaq üçün gizli şəkildə fəaliyyət göstərən dul qadın rolunu oynayıb. İntensiv çəkilişlər nəticəsində Klarkın bir qabırğası yerini dəyişib.

Onun həmkarı, aktrisa Heyli Lu Riçardson Emilianın zərif bədən quruluşuna diqqət çəkərək zədəsini təsdiqləyib.

Qeyd edək ki, Klarkın serialda ifa etdiyi personaj Bea 1977-ci ildə Moskvadakı ABŞ səfirliyində katib kimi çalışır və həyat yoldaşının sirli ölümündən sonra ABŞ casusu olmağa məcbur qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar