Epşteyn işi:  Trampın yalanının üstü açıldı  - onun şəxsi təyyarəsində 8 dəfə uçub
24 dekabr 2025 14:11 (UTC +04:00)

Epşteyn işi: Trampın yalanının üstü açıldı - onun şəxsi təyyarəsində 8 dəfə uçub

0

Ədliyyə Nazirliyinin yeni sənədləri göstərir ki, Tramp əvvəllər bildirildiyindən daha çox dəfə Epşteynin təyyarəsində uçub.

ABŞ Ədliyyə Nazirliyinin dekabrın 23-də yaydığı Epsteyn işi ilə bağlı yeni sənədlər toplusuna daxil edilən Nyu-York prokurorunun elektron poçtuna görə, 1990-cı illərdə Donald Tramp dəfələrlə maliyyəçi Ceffri Epşteynin şəxsi təyyarəsindən istifadə edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2020-ci il yanvarın 7-dəki uçuş məlumatlarına əsaslanan məktuba görə, Tramp Epsteynin təyyarəsində səkkiz uçuş həyata keçirib. Sənəddə qeyd olunur ki, yetkinlik yaşına çatmayanların cinsi istismarında Epsteynə kömək etməkdə təqsirli bilinən və 20 il həbs cəzasına məhkum edilən Qisleyn Maksvell də bu uçuşların ən azı dördündə iştirak edib.

Materiallarda təsvir edilən uçuşlardan birində təyyarədə yalnız üç sərnişinin olduğu göstərilir: Epsteyn, Tramp və adı açıqlanmayan 20 yaşlı qadın. Digər iki halda isə sərnişinlər sonradan Maksvell işində potensial şahid hesab edilə biləcək qadınlar olub.

Dərc olunmuş sənədlərdə Trampın hər hansı cinayət törətdiyinə dair heç bir iddia yoxdur. Lakin onlar siyasətçinin açıq açıqlamaları ilə ziddiyyət təşkil edir. 2024-cü ildə Tramp sosial mediada heç vaxt Epşteynin təyyarəsində uçmadığını iddia edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar