Erməni hərbçi dövlətə xəyanətə görə həbs edildi - VİDEO
28 iyun 2022 11:53 (UTC +04:00)

Erməni hərbçi dövlətə xəyanətə görə həbs edildi - VİDEO

Ermənistanda hərbi qulluqçu dövlətə xəyanətdə ittiham olunur.

Lent.az Ermənistan mətbuatına istinadla bildirir ki, saxlanılan hərbçi “N” saylı hərbi hissənin komanda heyəti, silah-sursat, hərbi texnika, hərbçilərin sayı, həmçinin Müdafiə Nazirliyinin bəzi hissələrinin yerləşdiyi yer barədə məlumatlara malik olub.

Xəyanətdə ittiham olunan hərbçi “ok.ru” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb. Bundan sonra 2 milyon dram (təxminən 5 min dollar) alacağı vədi müqabilində, hərbi hissə haqqında məlumatları, hərbi zirehli texnikanın sayı və növlərini, təlim mərkəzində keçirilən təlimlərin məqsədlərini və s. məlumatları toplayıb xarici kəşfiyyat orqanlarının nümayəndəsinə göndərib.

Hərbçi dövlətə xəyanət maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanılıb. O, əməllərini etiraf edib, daha sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilib.

Erməni hərbçi dövlətə xəyanətə görə həbs edildi

# 1941
avatar

Oxşar yazılar