Əsəd qüvvələri bu şəhərlərdən də geri çəkildi
07 dekabr 2024 19:20 (UTC +04:00)

Əsəd qüvvələri bu şəhərlərdən də geri çəkildi

Suriya müxalifətinin silahlı qüvvələri Palmiraya daxil olaraq şəhərə nəzarəti ələ keçirib.

Lent.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"Yerli mənbələr rejim qüvvələrinin Əl-Suxna, Əl-Furqəllus və Palmira şəhərlərindən geri çəkildiyini bildiriblər", - telekanal bildirib.

“Əl-Cəzirə” həmsöhbətlərinin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin hərbçiləri Palmirada yerləşən hərbi aerodromu tərk edir.

Həmçinin “Reuters” silahlıların məlumatlarına istinadən xəbər verir ki, silahlı üsyançılar Suriyanın Dəraa şəhərini ələ keçiriblər. Bu şəhər 2011-ci ildə Suriya prezidenti Bəşər Əsədə qarşı qiyam başlayandan bəri simvolik yer hesab olunur.

Müxalifət döyüşçüləri bildiriblər ki, Suriya ordusu 100 kilometr şimalda yerləşən Dəməşqə təhlükəsiz keçid müqabilində şəhəri tərk edib. Lakin bu məlumat Suriya hakimiyyətinin nümayəndələri tərəfindən rəsmən təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar

HAMAS-ın azad etdiyi israilli qadının iki barmağı yoxdur

HAMAS-ın azad etdiyi israilli qadının iki barmağı yoxdur

19 yanvar 2025 , 23:26
Sabah Trampın ilk sərəncamlarından biri bu olacaq

Sabah Trampın ilk sərəncamlarından biri bu olacaq

19 yanvar 2025 , 19:26
Ermənistandan Türkiyəyə cinayətkar dəstənin başçısı və üzvü  ekstradisiya edildi

Ermənistandan Türkiyəyə cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edildi

19 yanvar 2025 , 18:54
Qadın girovlar azad edildi

Qadın girovlar azad edildi

19 yanvar 2025 , 18:32
HAMAS-ın da gözləntisi var

HAMAS-ın da gözləntisi var

19 yanvar 2025 , 16:14
Bu girovlar azadlığa buraxılır

Bu girovlar azadlığa buraxılır

19 yanvar 2025 , 14:30
Qəzzada atəşkəs başladı

Qəzzada atəşkəs başladı

19 yanvar 2025 , 13:29
Josip Dabro

Havaya atəş açdı, nazir postundan getdi

19 yanvar 2025 , 11:48