Evlərə tamamilə çılpaq  girən oğru tutuldu
09 oktyabr 2025 13:39 (UTC +04:00)

Evlərə tamamilə çılpaq girən oğru tutuldu

0

Taylandda tamamilə çılpaq halda evlərə girən oğru saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 51 yaşlı Çaliyao Xramkrathok Naxonratçasima əyalətinin Çokçay dairəsində, motosikletlə hərəkət edərkən tutulub. Xramkrathok mart ayından bəri Çokçay və qonşu rayonlarda bir sıra oğurluqlara görə axtarışda olub.

Polisin məlumatına görə, o, evlərə girərkən bütün geyimlərini çıxarır, oğurluğu tam çılpaq şəkildə törədirmiş. Bir neçə dəfə təhlükəsizlik kameralarına da düşüb. Oğrunun Çokçayda evi olsa da, oğurluq etdiyi müddətdə düyü tarlalarında gizlənirmiş. Bu qeyri-adi cinayətkarı yaxalamaq polisin yarım ildən çox vaxtını alıb.

İstintaq zamanı Xramkrathok izah edib ki, tanınmamaq üçün paltarlarını çıxarırmış. Digər hallarda isə o, yağışda paltarları islandığı üçün tam çılpaq vəziyyətdə oğurluq etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar