Fələstin tərəfdarları Co Baydenin kortejinə müxtəlif əşyalar atdılar - VİDEO
11 noyabr 2026 13:43 (UTC +04:00)

Fələstin tərəfdarları Co Baydenin kortejinə müxtəlif əşyalar atdılar - VİDEO

0

Dublində ABŞ-ın sabiq prezidenti Co Baydenin kortejinə süd qutuları və digər əşyalar atıblar.

“The Independent”in məlumatına görə, hadisə Baydenin oğlu Hanter Baydenin Dublin Triniti Kollecində mükafatlandırılması mərasimindən sonra baş verib.

Etirazçılar Baydeni Qəzzada İsrailin hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edərək “Əlləriniz qana batıb!”, “Co, sən soyqırımı törətmisən!” və “Utan!” şüarları səsləndiriblər.

Bayden və ailəsi ərazini tərk edərkən etirazçılar kortejə yaxınlaşmağa çalışıb və süd qutuları da daxil olmaqla müxtəlif əşyalar atıblar.

İrlandiya polisi ən azı iki nəfəri saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar