Fransada fermer mülkündə təxminən 320 milyard rubl (təxminən 6 milyard 810 milyon 560 min manat) dəyərində qızıl külçələri aşkar edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, kənddə yaşayan 52 yaşlı Mişel Dupont əraziyə müntəzəm baxış keçirərkən qeyri-adi parıltı görüb. Kişi onu maraqlandıran hissəni o, qazmağa başlayıb və tezliklə böyük qızıl külçələrinə rast gəlib. İlkin hesablamalara görə, tapıntının ümumi çəkisi 150 tona çata bilər.
"Mən sadəcə öz torpağımı yoxlayırdım və birdən suda qəribə bir parıltı gördüm" deyə Dupon bildirib. O əlavə edib ki, daha dərin qazanda gözlərinə inanmayıb. Aşkar edilmiş xəzinə onu milyarder edə bilsə də, fermer bildirib ki, onu özü üçün mənimsəmək fikri yoxdur.
Qızılın onun əmlakına necə düşdüyü və əvvəllər kimə məxsus olduğu hələlik məlum deyil. Artıq yerli hakimiyyət orqanları da araşdırmaya qoşulub və ekspertlər tapıntının mənşəyini öyrənirlər.