Gənc qız iki dəfə könüllü ölümdən son anda imtina etdi
14 noyabr 2024 15:52 (UTC +04:00)

Gənc qız iki dəfə könüllü ölümdən son anda imtina etdi

Evtanaziyaya qərar verən 22 yaşlı hollandiyalı qız son anda fikrini dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Romi uzun illər anoreksiya və klinik depressiyadan əziyyət çəkib. Dörd il əvvəl o, inadla psixiatrını və ailəsini evtanaziyanın onun yeganə variantı olduğuna inandırmağa başlayıb. Hollandiyada 2001-ci ildən bəri dözülməz fiziki və ya psixoloji əziyyət çəkən və müalicəsi mümkün olmayan xəstələr üçün evtanaziya könüllü olaraq həyata keçirilir. Romi də evtanaziya üçün icazə ala bilib.

Prosedur iyun ayında Leyden şəhərindəki hospislərdən birində aparılmalı idi. Romi artıq xəstəxanada idi və tibb bacısı ona prosedur haqqında danışırdı. Ağrı kəsici dərmanı tətbiq etməzdən əvvəl tibb bacısı xəstəyə sonuncu sualı verdi: "Əminsinizmi?" Bu anda, demək olar ki, inyeksiyadan dərhal əvvəl Romi birdən evtanaziyadan imtina edib və ağlamağa başlayıb.

Bir müddət sonra Romi yenidən ölüm fikrinə qayıdıb. Hətta ona təkrar prosedur da təyin olunub, lakin psixiatrın və dostlarının dəstəyi sayəsində müalicəni davam etdirib və iynəni ləğv edib.

O, indi Rotterdamda ruhi xəstəlikləri olan insanlar üçün icmada yaşayır və iki ay əvvəl müəllim hazırlığı kursunda təlimə başlayıb. Açıqlamasında Romi deyib: “Getdiyim yoldan peşman deyiləm. Ölümə bu qədər yaxın olmaq mənə həyatın qədrini bilməyi öyrətdi. Bu həmişə asan olmayacaq, amma indi bilirəm ki, tunelin sonunda işıq var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar