Gürcüstan buna görə sanksiyalarla hədələndi
05 fevral 2023 19:08 (UTC +04:00)

Gürcüstan buna görə sanksiyalarla hədələndi

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano Gürcüstanı sanksiyalarla hədələyib.

Lent.az-ın “Netgazeti” portalına istinadən verdiyi xəbərə görə, Peter Stano deyib ki, Gürcüstan Rusiyaya münasibətdə Avropa İttifaqının aviaəlaqələrlə bağlı tətbiq etdiyi sanksiyalara riayət etməlidir

Peter Stano bildirib ki, Avropa İttifaqının sanksiya rejimi anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə görə sanksiyaları da nəzərdə tutur: “Avropa İttifaqı Gürcüstan və Rusiya arasında birbaşa aviaəlaqələrin mümkün bərpası barədə aparılan müzakirələrdən xəbərdardır".

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci il avqustun 26-da Moskvanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə dayanıb. Ölkələr arasında qarşılıqlı əlaqə Cenevrə müzakirələri vasitəsilə həyata keçirilir. Rusiya isə 2019-cu ildə Tbilisidə rusiyalı deputatların səfərinə qarşı aksiyalarla bağlı Gürcüstanla aviaəlaqələri dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12