Albaniyada hakim məhkəmə zalında qətlə yetirilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, paytaxt Tirana məhkəməsində bir kişi atəş açaraq hakimi öldürüb, daha iki nəfəri yaralayıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə zamanı hakim Astrit Kalaya bazar ertəsi günü apellyasiya məhkəməsində iclasa sədrlik edirmiş. Məhz bu vaxt kişi atəş açmağa başlayıb.
Polisin bəyanatında qeyd olunur ki, hakim təcili olaraq xəstəxanaya aparılıb, lakin yolda aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə zamanı məhkəmə prosesinin digər iştirakçıları olan ata və oğul da yaralanıblar və xəstəxanaya yerləşdiriliblər, lakin onların vəziyyəti sabitdir. Yerli mətbuatın məlumatına görə, məhkəmə işi əmlak mübahisəsi ilə bağlı olub.