“Hamı qorxu içində, insanlar qaçır”  - Kabildən Lent.az-a danışdılar
16 avqust 2021 18:50 (UTC +04:00)

“Hamı qorxu içində, insanlar qaçır” - Kabildən Lent.az-a danışdılar

Bu gün günorta saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhəri tam Talibana təslim oldu. Şəhərin kənarındakı Qarabağ, Çarikar və Kalakan qəsəbələri də Taliban tərəfindən zəbt edildi.

Bunu Lent.az-a Əfqanıstanda olan həmkarımız Cavid Said məlumat verib. Onun sözlərinə görə, artıq Əfqanıstan ordusu pərəm-pərəm düşüb, ordunun bəzi hissələri Özbəkistana və Tacikistana qaçıb. Özbəkistan hakimiyyəti bəzi ordu bölmələrini qəbul etməyə məcbur olub. Hazırda onların sağlamlığı və qida təmini ilə məşğuldur.

Talibanın Əfqanıstanı bütünlüklə zəbt etməsi və hakimiyyəti ələ almasından sonra ən çox narahatlıq keçirən isə vaxtı ilə orduda və hökumətdə xidmət etmiş məmurlardır. Buna səbəb isə onların hakimiyyətlə iş birliyində olması və buna görə cəza almaqdan qorxmalarıdır. Hazırda dünəndən başlayaraq Kabilin çıxışında nəhəng, heç vaxt görünməmiş tıxaclar yaranıb. On minlərlə insan paytaxtı tərk etməyə hazırlaşır.

# 7563
avatar

Səbuhi Sədəf

Oxşar yazılar