Harri Kasparov həbs olundu
23 dekabr 2025 14:02 (UTC +04:00)

Harri Kasparov həbs olundu

0

Moskvanın Zamoskvoretski Məhkəməsi şahmatçı Qarri Kasparovu terror fəaliyyətinə açıq çağırış ittihamı ilə qiyabi olaraq həbs edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məhkəmə sənədlərində qeyd edilir ki, qabaqlayıcı tədbir kimi məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilib.

Kasparova qarşı iş Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyəti törətməyə açıq çağırışlar, terrorizmi açıq şəkildə əsaslandırmaq və ya mediadan və ya internetdən istifadə edərək terrorizmi təbliğ etmək) ilə açılıb. Bu maddənin cəzası 5 ildən 7 ilə qədər həbsdir.

Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin may ayında xarici agent kimi təyin edilmiş şəxslərin reyestrinə əlavə edib. Rosfinmonitoring həmçinin onu ekstremistlər və terrorçular siyahısına əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar