Böyük Britaniyanın ən nifrət edilən cinayətkarlarından biri olan İen Hantlinin 27 yaşlı qızı Samanta Brayan atasının ölümündən sonra açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, o, atasının külünü unitaza axıtmaq lazım olduğunu və onun dəfn olunmağa layiq olmadığını deyib.
Hantli fevralın 26-da Franklend həbsxanasında kamera yoldaşı tərəfindən hücuma məruz qalandan sonra Nyukasl xəstəxanasında 52 yaşında vəfat edib. Məlumata görə, onun başına metal çubuqla ağır xəsarət yetirilib, nəticədə Hantli kor olub və vegetativ vəziyyətə düşüb. Daha sonra o, süni tənəffüs aparatlarından ayrılıb.
Samanta bildirib ki, atasının dəfn mərasiminə qatılmayacaq.
“Belə bir insan üçün dəfn mərasimi təşkil etməyin heç bir mənası yoxdur. O, cəhənnəmdə yanacaq. Şeytan onu gözləyir”, — deyə qız bildirib.
O, atasının dəfn edilməsinə qarşı çıxıb və bundan qorxduğunu deyib. Onun sözlərinə görə, buna səbəb gələcəkdə məzar “freaklər və qəribə insanlar” üçün ziyarət yerinə çevrilə bilər və onlar atasına “təhrif olunmuş hörmət” göstərə bilərlər.
“İstəyirəm ki, insanlar onu unutsun”, — deyə Brayan əlavə edib.
Xantli 2002-ci ildə 10 yaşlı Holli Uells və Cessika Çepmenin qətlinə görə məhkum edilib. Ədliyyə Nazirliyi bu işi “millətin tarixində ən şokedici və dağıdıcı işlərdən biri” adlandırıb.