ABŞ-ın Tennessi ştatının rəhbərliyi inyeksiya ilə ölüm hökmünü icra etmək cəhdinin uğursuz olmasından sonra məhkum edilmiş şəxsin edamını azı bir il təxirə salıb.
Lent.az-ın məlumatına görə, ştatın İslahatlar Departamenti bildirib ki, cümə axşamı günü 57 yaşlı Toni Karrutersin edam edilməsi cəhdi hüquq-mühafizə orqanlarının əməkdaşlarının inyeksiya üçün damar tapa bilməməsi səbəbilə saxlanılıb.
Tennessi qubernatoru da Karrutersin edamının bir il təxirə salınmasına icazə verib.