Hindistan uzaqmənzilli qanadlı  raketini sınaqdan keçirdi
16 iyun 2026 06:30 (UTC +04:00)

Hindistan uzaqmənzilli qanadlı raketini sınaqdan keçirdi

0

Hindistan Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı quru hədəflərini vurmaq üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli uzaqmənzilli LRLACM qanadlı raketini uğurla sınaqdan keçirib.

Lent.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaqlar Odişa ştatının Çandipur raket poliqonunda keçirilib.

Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib.

LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçur. Raket Amerikanın “Tomahawk” raketinin analoqu hesab olunur və quru qoşunları ilə hərbi dəniz qüvvələri üçün nəzərdə tutulub.

Hindistan raketinin maksimal uçuş məsafəsi 1500 kilometrə çatır. O, 300 kiloqrama qədər nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar