Hindistanda pələng üç qadını  parça-parça etdi
14 may 2025 06:57 (UTC +04:00)

Hindistanda pələng üç qadını parça-parça etdi

Hindistanda pələng hücumu nəticəsində üç qadın həyatını itirib. Hadisə Maharaştra ştatının Mendhamal kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib.

Lent.az xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.

Məlumata görə, dörd qadın meşədə vəhşi heyvanın hücumuna məruz qalıb. Pələng üç qadını öldürüb, dördüncü qadın isə ağır yaralanıb. Daha sonra ölən qadınların bədənlərinin hissələri kolların arasında tapılıb.

Zoologiya üzrə mütəxəssislər qeyd edirlər ki, bu hadisə regionda bir pələngin tək hücumla üç nəfəri öldürdüyünə dair ilk sənədləşdirilmiş haldır.

Hadisədən dərhal sonra Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Yaralı qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, yırtıcıların təbii yaşayış mühitinin daralması səbəbindən hücumların sayı artmaqdadır. Təkcə Maharaştra ştatında son üç il ərzində vəhşi heyvanların - əsasən pələnglərin - hücumları nəticəsində 225 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar

1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27
Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23
“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33
İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28