Hokinqin peyğəmbərliyi gerçəkləşir:  dünya ən qorxulu ssenari  ilə irəliləyir
01 iyun 2026 15:22 (UTC +04:00)

Hokinqin peyğəmbərliyi gerçəkləşir: dünya ən qorxulu ssenari ilə irəliləyir

1

Görkəmli fizik Stiven Xokinq ölümündən qısa müddət əvvəl etdiyi son xəbərdarlıqlarla bu gün artıq fantastik süjetləri deyil, müasir cəmiyyətin sürətlə yaxınlaşdığı sərt reallığı xatırladır. Alim insanlığı Yer planetindən kənarda alternativ məskunlaşma planı hazırlamağa çağırırdı. O hesab edirdi ki, sivilizasiyanın yalnız bir planetdə mövcud olması gec-tez qlobal fəlakətə gətirib çıxaracaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hələ  2017-ci ildə alim açıq şəkildə bildirirdi ki, yaxın yüz il ərzində insanlıq Yer kürəsini tərk etməyə hazırlaşmalıdır. Əks halda insan növünün tamamilə məhv olma ehtimalı kritik həddə çatacaq. O zaman bu fikirlər bir çoxları tərəfindən şişirdilmiş hesab olunurdu. Lakin hazırkı qlobal tendensiyalar onun proqnozlarına yenidən baxmağa məcbur edir.

Stiven Xokinq əsas risk faktorlarından biri kimi süni intellektin sürətli inkişafını göstərirdi. Fizik ciddi şəkildə narahat idi ki, rəqəmsal zəka insan nəzarətindən çıxacaq və nəticədə insanları tamamilə sıxışdırıb aradan çıxaracaq.

Alim daha bir ciddi təhlükə kimi iqlim dəyişikliklərini qeyd edirdi. O, müsahibələrində xəbərdarlıq etmişdi ki, iqlim böhranı nəticəsində Yer bir gün ekstremal istilərin hökm sürdüyü və həyat üçün yararsız olan Venus planetinə bənzəyə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 264

Oxşar yazılar