Rusiyanın Kaluqa vilayətində qadın iki ildir ki, COVID-19-dan əziyyət çəkir.
Lent.az yerli mediaya istinadla bildirir ki, lakin iki il ərzində o, heç kəsi yoluxdurmayıb. Bu barədə Milli Tədqiqat Universiteti – Ali İqtisad Məktəbinin aparıcı elmi işçisi Qalina Klink məlumat verib.
Onun sözlərinə görə, bu hadisə dünyada COVID-19-un ən uzunmüddətli gedişinə malik hallardan biridir.
“Pasiyentimiz xəstəliyi dövründə heç kəsi yoluxdurmayıb. Çox güman səbəb ondan ibarətdir ki, xəstənin orqanizmi daxilində təsir göstərən təbii seçmə ilə virusun insanlar arasında ötürülməsi zamanı baş verən seçmə mexanizmləri fərqlidir”, - ekspert bildirib.
O əlavə edib ki, qadın HİV-pozitiv statusa malikdir. Tədqiqatlar zamanı məlum olub ki, virus iki il ərzində pasiyentin orqanizmində mutasiyaya uğrayaraq təkamül edib. Nəticədə virusda omikron variantı ilə üst-üstə düşən mutasiyalar yaranıb.