İran səfirliyinə silahlı hücum - VİDEO
07 oktyabr 2022 22:17 (UTC +04:00)

İran səfirliyinə silahlı hücum - VİDEO

İran Xarici İşlər Nazirliyi bir saat öncə İranın Danimarkadakı səfirliyinin binasına bıçaqla silahlanmış şəxsin daxil olduğunu bildirib.

Lent.az xəbər verir ki, bu barədə  "MOUZE" “Telegram” kanalı məlumat yayıb.

Xarici işlər naziri bununla bağlı İranın Kopenhagendəki səfiri və səfirliyinin təhlükəsizliyinin təmin edilməməsini tənqid edib və deyib: 

“Təəssüf ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan xanım və səfirə qarşı belə bir hücum həyata keçirilir və polis vaxtında gəlmir”.

Hadisə ilə bağlı İran Danimarkaya nota verib.

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə İranın səfirliyi və diplomatlarının təhlükəsizliyinin təmin olunmamasına etiraz bildirilib.

Buna cavab olaraq Danimarka səfiri davam edən insidentlə bağlı üzr istəyib, bu hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

# 3876
avatar

Oxşar yazılar