İranın molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu dəfə Mazandaran vilayət məhkəməsi ölkədəki etirazların əsas liderlərindən olan Arşiya Takdastanı ölüm hökmünə məhkum edib.
Bu barədə vilayətin Ədliyyə Nazirliyinin Baş İdarəsi açıqlama yayıb.
Qeyd edək ki, İranda etiraz aksiyalarında iştirak edənlərin edam və həbs olunması günü-gündən artır.