İşdən qovulan məmur və ailəsi  ölü tapıldı
26 dekabr 2025 11:51 (UTC +04:00)

İşdən qovulan məmur və ailəsi ölü tapıldı

0

Bu həftə Lixtenşteyndə ölü tapılan iki kişi və iki qadının eyni ailənin üzvləri olduğu müəyyən edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə kiçik Alp knyazlığında baş vermiş qeyri-adi hadisə ilə bağlı istintaq zamanı polis məlumat verib.

Yerli polisin bildirdiyinə görə, çərşənbə günü Lixtenşteynin paytaxtı Vadutsun yaxınlığında, Reyn çayının İsveçrə sahilində 41 yaşlı kişinin cəsədi aşkarlanıb.

Məlum olub ki, bu şəxs Vadutsun cənubunda yerləşən Trizen bələdiyyəsində yüksək vəzifəli əməkdaş olub və bir neçə gün əvvəl mühasibat hesabatlarında pozuntulara görə vəzifəsindən kənarlaşdırılıb.

Daha sonra polis Vadutsda yerləşən bir mənzildə daha üç nəfərin — 73 yaşlı kişi, 68 və 45 yaşlarında iki qadının cəsədlərini tapıb. Polisin məlumatına görə, onlar bələdiyyə əməkdaşının ata-anası və bacısı olublar.

Hazırda ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün meyitlərin tibbi ekspertizası aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar