İsrail Qəzza zolağının mərkəzi hissəsində HAMAS-ın hərbi qanadına məxsus snayper bölməsinin komandirinin və daha bir silahlının zərərsizləşdirildiyini bildirib.
Lent.az xəbər verir ki, İsrail Ordusunun yaydığı məlumata görə, öldürülən şəxslər 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə həyata keçirilən hücumda iştirak ediblər.
İsrail hərbçiləri əməliyyatın dəqiq zərbə nəticəsində həyata keçirildiyini qeyd ediblər.