Kafedə ATIŞMA:  12 nəfər yaralandı
08 mart 2025 21:13 (UTC +04:00)

Kafedə ATIŞMA: 12 nəfər yaralandı

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Lent.az “CTV” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.

“Birdən onlar atəş açmağa başladılar. Şadam ki, hadisə nəticəsində ölən olmayıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir”, - Makinteyr qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872

Oxşar yazılar