Körpə möcüzələr  – Üçüncü dəfə həyat qazanan da var, “ne oluyor” soruşan da 
08 fevral 2023 12:46 (UTC +04:00)

Körpə möcüzələr – Üçüncü dəfə həyat qazanan da var, “ne oluyor” soruşan da 

Türkiyədə baş verən dəhşətli zəlzələdən artıq 2 gün ötdü. Dağıntılar altınan sağ çıxarılan azyaşlılar həyata tutunma sevgiləri ilə bütün xalqa ümid verir.  Hər canın xilas edilməsi üçün saatlarla çalışmaq lazım gəlir.

Lent.az dağıntılar altından sağ çıxarılmış uşaqlardan xəbər verir.

Kahramanmaraşda dağıntılar altında qalmış 5 yaşlı Kumsal “Darıxdım, daha burdan çıxmaq istəyirəm, qolum ağrıyır” demişdi. 17 saatlıq xilasetmə əməliyyatlarından sonra xilas oldu.

Eyni şəhərdə, Azərbaycan Bulvarında uçulmuş binadan 30 saat sonra 5 yaşlı Şahin, 8 yaşlı Məhəmməd sağ çıxarıldı.

Hatayda zəlzələdən 29 saat sonra 2 aylıq Mehmet Çinar, Qaziantepdə 9 yaşlı Zeynəb, Malatyada 3 yaşlı Miran, 4 yaşlı Dilek və İrem Hançı bacıları 38 saat sonra sağ-salamat xilas edildilər.

Hatayda 8 yaşlı Sadiye, Kahramanmaraşda 15 aylıq Meryem zəlzələdən 37 saat sonra tapıldılar.
Malatyada 33 saat sonra dağıntılar altından çıxarılan fiziki qüsurlu 6 yaşlı Sibel Şahin də yaşamaq haqqı qazandı.

Hatayda dondurucu soyuqda dağıntı altından çıxarılan 16 yaşlı Ürgenin xilas olduqdan sonra  ürəyi dayandı, ürək masajı ilə ayılaraq üçüncü dəfə həyat qazandı. 6 yaşlı Elif də saatlarla dağıntılar altından atası ilə danışaraq qorxusunu dəf etdi və nəhayət xilas oldu.

Hataylı 6 aylıq Ayşe Vera Yılmaz 29 saat sonra sağ tapılaraq sevinc yaşatdı.

Kahramanmaraşlı Arda Bulut öz şirin replikası ilə yadda qaldı. Dağıntı altından çıxarkən yuxulamış körpə nə olduğunu anlamayaraq xilasedicilərə “nə oluyor ya , biri anlatsın, nələr oluyor?” deyə sormaqla təbəssümə səbəb oldu.
 

# 2025
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar