Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
13 iyun 2026 19:17 (UTC +04:00)

Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi

0

Əksər insanlar monarxların qidalanmasını dəbdəbəli və bahalı yeməklərlə əlaqələndirsələr də, III Çarlz illərdir sadə və olduqca faydalı bir səhər yeməyinə sadiq qalır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kralın keçmiş aşpazı Darren Makqredi III Çarlzın həmişə mövsümə uyğun, təzə məhsullara üstünlük verdiyini deyib. Onun dəyişməz səhər yeməyi favoritlərindən biri pendir, ispanaq və pomidorla sobada bişirilmiş yumurtadır.

Bu yemək zülalla zəngin olması sayəsində orqanizmə enerji verir və onu vacib mikroelementlərlə təmin edir.

Bu yeməyin əsas üstünlüyü tərkibindəki qida maddələrinin bir-birini tamamlamasıdır. Yumurta yüksək keyfiyyətli zülal, B12 və D vitaminləri, həmçinin beynin və sinir sisteminin fəaliyyəti üçün mühüm rol oynayan xolinlə zəngindir.

İspanaq isə A, C və K vitaminləri, fol turşusu və dəmirlə bu qidalanmanı tamamlayır. Alimlərin araşdırmalarına görə, ispanağın tərkibindəki antioksidantlar hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir.

Pomidor isə ona qırmızı rəng verən likopen adlı bitki birləşməsinin ən yaxşı mənbələrindən biridir. Likopen ürəyin sağlamlığını dəstəkləyir və dərini ətraf mühitin mənfi təsirlərindən qorumağa kömək edir.

Pendir çox vaxt yağlı olduğuna görə tənqid edilsə də, normada qəbul edildikdə sümüklər üçün vacib olan kalsium mənbəyi sayılır. Bundan əlavə, səhər yeməyini daha doyumlu edir və aclıq hissini uzun müddət aradan qaldırır.

Bu qidalanma tərzi daha bir üstünlüyə malikdir, dərinin gənc görünməsinə kömək edir. Pomidor və ispanağın tərkibində olan C vitamini kollagenin yaranmasında mühüm rol oynayır. Kollagen dərinin elastikliyini və normal quruluşunu qoruyaraq erkən qırışların yaranmasının qarşısını almağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar